
Aprelin 20-də saat 04 radələrində Naxçıvan MR Babək rayonu Vayxır kəndinin ərazisində rayon sakini Rövnəq İsmayılov idarə etdiyi “VAZ-21074” markalı avtomobili kanala aşırıb.
DİN mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə nəticəsində sürücü və sərnişinləri - Babək rayon sakinləri Sunay İsmayılov və Hüseyn Məmmədov hadisə yerində ölüb, xəsarət almış digər sərnişin Sahil Allahverdiyev xəstəxanaya yerləşdirilib.
Modern.az