Modern.az

315 nömrəli məktəbə istilik niyə verilmir? - Rəsmi cavab

315 nömrəli məktəbə istilik niyə verilmir? - Rəsmi cavab

Təhsil

13 Yanvar 2026, 17:06

315 nömrəli tam orta ümumtəhsil məktəbini istiliklə təmin edən fərdi qazanxanada yaranan texniki problem səbəbindən bir neçə sinfə istiliyin verilməsi qismən məhdudlaşıb.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər üzrə Təhsil idarəsidən məlumat verilib.

Bildirilib ki, məsələnin qısa zamanda həlli məqsədilə aidiyyəti quruma müraciət olunub, zəruri tədbirlər görülməkdədir:

“Təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür”.

Qeyd edək ki, sosial şəbəkədə 315 nömrəli tam orta ümumtəhsil məktəbində istilik sisteminin olmaması ilə bağlı iddialar yayılıb. (Mənbə APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır