st1:*{behavior:url(#ieooui) }
Quba rayonunun Təngəaltı kəndi ərazisində istirahət edən bir nəfərin dağdan yıxılaraq qayalıqlar arasında ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumatda bildirlib ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Rəşad İsmət oğlu Məstanov hündürlüyü 100-120 m olan qayadan yıxılıb. Xilasedicilər onun cəsədini qayalıqlar arasından çıxarıb yaxınlarına təhvil veriblər.