Ermənistan prezidenti Serj Sərkisyan yenə də sərsəm bəyanatlarını davam etdirir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Sərkisyan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinə dini çalar qatmaqda ittiham edir. Sərkisyan bu barədə Qətərin Ermənistana yeni təyin olunmuş səfiri İbrahim əbd al-Rəhman əl-Muxaysibin etimadnaməsini qəbul edərkən deyib. Erməni lider iddia edir ki, bir sıra islam ölkələri Azərbaycanın bu cəhdlərinə dəstək verirlər. Öz növbəsində qətərli diplomat Sərkisyanı sərsəm bəyanatlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, təmsil etdiyi ölkə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və Qətər hesab etmir ki, Qarabağ münaqişəsinin əsasında dini ziddiyyətlər dayanıb.