Modern.az

ATƏT: “Bakı Qarabağ münaqişəsinin həllində konstruktiv siyasət aparır”

ATƏT: “Bakı Qarabağ münaqişəsinin həllində konstruktiv siyasət aparır”

11 İyun 2010, 18:19

ATƏT Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həllinə ümid edir. Modern.az xəbər verir ki, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Bilqe Cankorel bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindəki çıxışında bildirib. Onun sözlərinə görə, ATƏT Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır.    “Biz ümid edirik ki, münaqişə sülh yolu ilə həll olunacaq. Biz regionda yeni gərginlik ocağının yaranmasını istəməzdik. Bu, münaqişənin həllinə kömək etməyəcək”,-deyə Cankorel bildirib. O bəyan edib ki, Azərbaycan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Rəsmi Bakı bu istiqamətdə konstruktiv siyasət aparır.

 

“Qarabağ münaqişəsi demokratik inkişafa mane olur, digər tərəfdən insan haqlarının müdafiəsi  sahəsində problemlər Qarabağ kimi münaqişələrə  yol açır”deyən ATƏT rəsmisi hesab edir ki, Azərbaycanın demokratik inkişafı nə qədər sabit olsa, ölkə münaqişənin həllinə bir o qədər tez nail olacaq. Cankorel Qarabağ münaqişəsinin onun mandatından kənarda olduğunu bildirib. Bununla belə, o hesab edir ki, münaqişənin nizamlanması məsələsində ölkəsində sabit demokratik inkişafa nail olan ölkə daha güclü mövqeyə malik olur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə