Modern.az

Başabəla Jirinovskinin Ankaradan 2 tələbi

Başabəla Jirinovskinin Ankaradan 2 tələbi

Təhsil

12 İyun 2010, 10:26

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski Ankaraya məktub göndərib. Modern.az  türk mətbuatına istinadən xəbər verir ki,  siyasi həyasızlığı ilə ermənilərdən geridə qalmayan Jirinovski Türkiyədən Ayasofiyanı tələb edir. Bu hələ harası? Jirik Türkiyədən rus dilinə rəsmi dövlət statusu da istəyir.  Liberal Demokrat Partiyasının mətbuat xidmətinin məlumatına görə, Jirinovski Türkiyə hökumətinə ünvanladığı məktubunda Anadoludakı xristian kilsələrinin  ruslara verilməsini istəyib.     Türkiyədəki xristian kilsələrinin Ortadoks Rus kilsəsinə verilməsini tələb edən Jirinovski qeyd edib ki, hazırda Türkiyə Cümhuriyyətində olan xristian kilsələri muzeylər və ya camilər kimi fəaliyyət göstərir. “Bunların arasında Bizans Ayasofiya kilsəsi var. Bu kilsə 15-ci əsrdə camiyə çevrilib”,-deyə Jirinovski bildirib.  LDP lideri ikinci tələbini belə əsaslandırır ki, hər il Türkiyəyə gedən rus turistlərin sayı artır. Ölkələrimiz arasında ticarət əlaqələri də artır. Buna görə də Türkiyə rus dilinə rəsmi dövlət statusu verməlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR