İyunun 14-də ABŞ-ın “Stratfor” Qlobal Analitik Şirkətinin prezidenti, professor Corc Fridman Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olacaq. Bu barədə Modern.az-a ADU-dan məlumat verilib. Corc Fridman ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşəcək. Görüşdə ölkələrimiz arasında olan əlaqələr barəsində geniş fikir mübadiləsi aparılacaq. Daha sonra Corc Fridman ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) professor-müəllim heyəti və tələbələr ilə görüşəcək. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxış edəcəyi nəzərdə tutulur. Görüşdə Corc Fridman tələbələr tərəfindən veriləcək sualları cavablandıracaq. Amerikalı analitik ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin fəxri doktoru titulu ilə təltif ediləcək.
Modern.az