Modern.az

Cexiyalı səfir Tovuza gedib

Cexiyalı səfir Tovuza gedib

12 İyun 2010, 14:22

Modern.az saytı xəbər verir ki, bu gün Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuza səfər edib.

Bu barədə saytımıza deputatın köməkçisi məlumat verib. Qeyd edilib ki, xarici diplomat səfər zamanı Tovuzla tanış olub, tarixi yerlərə baş çəkib. Səfər proqramında səfirin Tovuzun sərhədyanı bölgədəki kəndlərinə baş çəkməsi, ermənilərin törətdiyi vəhşiliklərlə əyani tanışılıq da nəzətdə tutulub.  

Onu da qeyd edək ki, bu, Azərbaycanda fəaliyyət göstərn ayrı-ayrı xarici diplamatik nümayəndələrin Tovuza ilk səfəri deyil. Demək olar ki, əksər səfirlər Tovuzda olublar.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə