2025-ci ildə Rusiya universitetlərində təhsil alan xarici tələbələrin (bakalavriat və magistratura) sayı 402 166 nəfərə çatıb.
Modern.az xəbər verir ki, onların əksəriyyəti tibb sahələrini seçir. Rusiyada ən çox oxuyan əcnəbi tələbələr sırasında Qazaxıstan (15,1 min nəfər), Türkmənistan (14,2 min), Çin (14,1 min), Özbəkistan (11,6 min nəfər), Hindistan (9,7 min nəfər) yer alıb.
Rusiyada təhsil alan azərbaycanlı tələbələr ilk onluqda yer alıb. Belə ki, Azərbaycan vətəndaşları Rusiyada ən çoxsaylı 9-cu əcnəbi tələbə kontingentidir. Onların ölkənin ali təhsil ocaqlarındakı sayı 2,4 min nəfər təşkil edir.