Modern.az

Azərbaycanda Qurtuluş günü qeyd olunub

Azərbaycanda Qurtuluş günü qeyd olunub

15 İyun 2010, 19:33

İyunun 15-də Azərbaycanda Qurtuluş Günü qeyd olunub. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə hakimiyyətə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərmişdi. Lakin yürüdülən səbatsız siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatmışdı. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev respublikanın hakim dairələrinin dəvətini qəbul edib iyunun 9-da Bakıya gəlib.  O, Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.
1997-ci ildən etibarən isə iyunun 15-i Qurtuluş bayramı kimi qeyd edilməyə başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə