Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində ittifaq üzvləri üçün sanatoriya və müalicə mərkəzlərinə yollayışlardan istifadə imkanı yaradılıb.
Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev məlumat verib.
Sədr bildirib ki, ümumilikdə 216 nəfər təhsil işçisi yollayışla təmin olunub, 449 nəfər isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib.
Araz Paşayevin sözlərinə görə yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərçivəsində 44 nəfər ailə üzvləri ilə birlikdə olmaqla ümumilikdə 92 nəfər 3 günlük müalicə paketindən yararlanıb.
Qeyd edək ki, ötən ay rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb olunub.