Modern.az

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Təhsil

4 Fevral 2026, 15:19

"Ötən il zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır".

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.

O vurğulayıb ki, imtahan zalında imtahan rəhbəri tərəfindən telefon aşkarlandığına və ya özü ilə imtahan binasına telefon keçirdiyinə görə 6 zal nəzarətçisi işindən azad edilib:

“İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə 346, cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və köçürməyə şərait yaratdığı (sual kitabçalarının, cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq və s.) imtahan rəhbəri tərəfindən müəyyənləşdirildiyinə görə 159, cavab kartını, cavab vərəqini, sual kitabçasını, yazı işi vərəqini səhv verdiyinə görə 14, imtahan iştirakçısı imtahan zalından cavab kartını və ya cavab vərəqini və ya yazı işi vərəqini çıxarıb 10 zal nəzarətçisi işdən azad edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!