Modern.az

İmtahanların böyük hissəsi elektronlaşdırılacaq - DİM sədri

İmtahanların böyük hissəsi elektronlaşdırılacaq - DİM sədri

Təhsil

4 Fevral 2026, 15:23

Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) 323 imtahan keçirib.

Modern.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair tədbirdə deyib.

O qeyd edib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur:

“Bu baxımdan nəzarətçi müəllimlərin elektron imtahan sistemləri ilə bağlı məlumatlı olması və nəzarəti müasir tələblərə uyğun şəkildə həyata keçirməsi vacibdir. Zal nəzarətçilərinin sertifikasiyası ilə bağlı mütəmadi olaraq elanlar verilir. Nəzarətçilər sertifikata malik müəllimlər arasından seçilir. Bu proses davamlı xarakter daşıyır. Zal nəzarətçilərinin hazırlanması müntəzəm şəkildə təşkil olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!