Modern.az

Bu il rezidentura imtahanları elektron formada olacaq

Bu il rezidentura imtahanları elektron formada olacaq

Təhsil

4 Fevral 2026, 15:40

"Bu il rezidentura imtahanının kompüter vasitəsilə keçirilməsini nəzərdə tuturuq".

Modern.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbirdə çıxışı zamanı qeyd edib.

“700 mindən çox insanın imtahanı həyata keçirilib. Ümumilikdə 323 imtahan təşkil olunub. Təxminən 70 min müraciət çat-bot vasitəsilə edilib, 5 minə yaxın ekspert isə imtahan məzmunu ilə bağlı işləri həyata keçirir. Nəzarətçilərin işə cəlb olunması üçün sertifikasiya prosesi də həyata keçirilir. Bu il 4 min nəzarətçi 7,5 dəfə imtahanlarda iştirak edib. Nəzarətçi müəllimlərin imtahana rəhbərlik etməsi üçün mütləq sertifikata sahib olmaları tələb olunur.

Artıq imtahanlarımız elektronlaşdırılıb. Bu il yeni rezidentura imtahanının da kompüter vasitəsilə keçirilməsini nəzərdə tuturuq.” (AzEdu.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!