Modern.az

Bu məktəblərə yeni direktorlar təyin edildi - FOTO

Bu məktəblərə yeni direktorlar təyin edildi - FOTO

Təhsil

5 Fevral 2026, 10:04

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərə yeni direktorlar təyin olunub.

Modern.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Göygöl rayonu Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə Təranə Elman qızı Cəbrayılova təyin edilib.

Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsinə Nail Bahadur oğlu İmranov, Daşkəsən rayonu Gündüz İsmayılov adına Aşağı Daşkəsən kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə isə Duman Raquf oğlu Bayramov təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!