Bu gün Bakıdakı "İdrak" Liseyində şagird müəllimi tərəfindən güllələnib. 10-cu sinif şagirdi 29 yaşlı müəlliminə ov tüfəngi ilə atəş açaraq ona ağır xəsarət yetirib.
Xəsarət alan riyaziyyat müəllimi Şəhla Kamilova hazırda xəstəxanadadır.
Modern.az-ın məlumatına görə, "İdrak" Liseyinin təsisçisi Mönsüm Ədil oğlu Alışovdur.
Mönsüm Alışov 1954-cü il iyulun 5-də Qubadlı rayonunun Çərəli kandində anadan olub.
1971-ci ildə Qubadlı rayon Hal kənd orta məktəbini bitirib.
1972-1977-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb.
1988-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib.
2001-ci ildə “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda elmi iş müdafiə edərək pedaqoji elmlər namizədi adı alıb.
2013-cü il – “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru adını qazanıb.
2008-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
Mönsüm Alışov əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Kimya Kombinatında elektrik mantyoru kimi başlayıb.
1976-cı ildə Qubadlı rayonu Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi işləyib.
1980-1988-ci illərdə Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində mühəndis işləyib.
1983-1987-ci illərdə Sumqayıt şəhəri, Məktəblərarasə Tədris Kombinatında proqramlaşdırma müəllimi vəzifəsində işləyib.
1987-1990-cı illərdə Sumqayıt şəhəri, 12 saylı orta məktəbdə informatika müəllimi vəzifəsində işləyib.
1990-1993-cu illərdə Bakı şəhəri, TTV və EHT laboratoriyasında elmi işçi olub.
1993-1999-cu illərdə Sumqayıt Pedoqoji Seminariyasının direktoru vəzifəsində işləyib.
2000-2001-ci illərdə Sumqayıt Pedoqoji Seminariyasında baş məsləhətçi vəzifəsində çalışıb.
2001-2009-cu illərdə Sumqayıt Pedoqoji Seminariyasının direktoru vəzifəsində işləyib.
2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin maddi-texniki bazası əsasında “İdrak” Liseyini təsis edib .
2009 –2016-cı illərdə eyni zamanda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin institutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professoru olub.
2014-cü ildə "İdrak" Liseyinin Bakı filialını təsis edib. Pedoqoji elmlər doktoru, professordur.
Ailəlidir, dörd övladı var.