Modern.az

Abituriyentlərin Bakı İslam Universitetində qeydiyyat vaxtı uzadılıb

Abituriyentlərin Bakı İslam Universitetində qeydiyyat vaxtı uzadılıb

16 İyun 2010, 14:39

 

Bakı İslam Universitetində "Dinşünaslıq" ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyatı iyunun 20-dək uzadılıb. Bu barədə Moden.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Müsabiqədə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün “Elektron ərizə”sini təsdiq etdirmiş abituriyentlər iştirak edə bilərlər. Bunun üçün abituriyentlər 2010-cu il iyunun 20-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədələr tələb olunur: - şəxsiyyəti təsdiq edən sənədin əslini - Sağlamlıq haqqında arayış - 4 ədəd 3x4 ölçüdə fotoşəkil - Təsdiq olunmuş elektron ərizənin surəti

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə