Modern.az

Qadınlar elmdə irəlidə, ali elmi pillələrdə isə geridədir - RƏQƏMLƏR

Qadınlar elmdə irəlidə, ali elmi pillələrdə isə geridədir - RƏQƏMLƏR

Təhsil

11 Fevral 2026, 10:16

Bu gün – 11 fevral dünyada “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Günü kimi qeyd olunur.

Modern.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə,  2024-cü ilin sonunda ölkədə ümumilikdə 14 005 nəfər elmi tədqiqatçı qeydə alınıb. Onların 8 625 nəfəri qadın, 5 380 nəfəri kişi olub.

Sahələr üzrə bölgü isə fərqli dinamikanı göstərir. Belə ki, qadınların ən çox təmsil olunduğu istiqamətlər humanitar və təbiət elmləridir. Texniki və kənd təsərrüfatı sahələrində isə onların sayı nisbətən aşağıdır.

Son statistikalara görə, qadın tədqiqatçıların sayı təbiət elmlərində  2 465, texniki elmlərdə 1 196, tibb elmlərində 1 432, kənd təsərrüfatı elmlərində 364, ictimai elmlərdə 1 194 humanitar elmlərdə isə 1 974 nəfər olub.

Elmi dərəcələr üzrə qadınların payı

Tədqiqatçıların ümumi sayında qadınlar üstünlük təşkil etsə də, yüksək elmi dərəcələr üzrə struktur fərqli mənzərə yaradır, xüsusilə elmlər doktoru və fəlsəfə doktoru pillələrində kişilərin sayı daha çoxdur.

Elmlər doktoru dərəcəsi olanların ümumi sayı 484 nəfərdir. Onların 199 nəfəri qadın, 285 nəfəri kişidir.

Fəlsəfə doktoru dərəcəsi olanların ümumi sayı isə 3 089 nəfərdir. Bu kateqoriyada 852 qadın, 2 237 kişi qeydə alınıb.

Yaş bölgüsü

30 yaşadək tədqiqatçıların 1 818 nəfəri arasında qadınlar – 1 135 nəfər, kişilər – 683 nəfərdir.

30–39 yaş qrupunda 2 966 nəfərin 2 092-si qadın, 874-ü kişidir.

40–49 yaş qrupunda 2 896 nəfərin 2 097-si qadın, 799-u kişidir.

50–59 yaş aralığında 2 557 nəfərin 1 544-ü qadın, 1 013-ü kişidir.

60–69 yaş qrupunda 2 329 nəfərin 1 229-u qadın, 1 100-ü kişidir.

70 və yuxarı yaşda isə 1 439 nəfərin 528-i qadın, 911-i kişidir.
 

2024-cü ilin sonunda ölkədə 56 akademik olub. Onların 49-u kişi, 7-si qadındır.

Müxbir üzvlərin ümumi sayı isə 85 nəfərdir. Burada da gender balansı kişilərin xeyrinədir: 76 kişi, 9 qadın.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?