Modern.az

Sabahdan bəzi yerlərdə qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabahdan bəzi yerlərdə qaz təchizatı müvəqqəti dayandırılacaq

17 İyun 2010, 14:53

Yerüstü keçid qaz xətlərinin rekonstruksiyası, siyirtmənin dəyişdirilməsi və təmir işləri ilə əlaqədar 18.06.2010-cu il tarixdə saat 10:00-dan 18:00-dək Quba Qazpaylayıcı Stansiyasının qaz təchizatı dayandırılacaq. Dövlət Neft Şirkətindən verilən məlumata görə, həmin müddət ərzində Quba rayonuna təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Bundan başqa, yeni qaz kəmərlərinin şəbəkəyə qoşulması məqsədi ilə, 18.06.2010-cu il tarixdə saat 10.00-dan 18.00-dək “Novxanı” Qazpaylayıcı Stansiyasından Novxanı kəndini təbii qazla təmin edən kəmərdə, həmçinin “Digah” Qazpaylayıcı Stansiyasından qidalanan “Digah” qaz kəmərində təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Novxanı və Digah kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR