Modern.az

"Əli İnsanovun adından istifadə edilir ki..."

"Əli İnsanovun adından istifadə edilir ki..."

17 İyun 2010, 16:20

Müasir Müsavat Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının bir qrup fəal üzvü toplantı keçirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, toplantıda ölkə mətbuatında müxtəlif regionlardan olan tanınmış şəxslərin adından istifadə edərək şaiyələr dərc etdirən radikal qüvvələrin məqsəd və məramları müzakirə edilib.

“Qeyd edək ki, hər dəfə seçki vaxtı ölkədə xüsusi çəkiyə malik  region kimi Qərbi Azərbaycandan olan narazıların, əsasən də  sabiq səhiyyə naziri Əli İnsanovun adından istifadə edilir ki, bu da qərbi azərbaycanlıların narahatçılığına səbəb olur”-deyə partiyadan verilən açıqlamada qeyd olunub. Bildirilib ki, MMP-nin bugünkü toplantısında bu cür yalan informasiyalar dərc edən qəzetlər  pislənib və bu hal qərbi azərbaycanlılarla hakimiyyəti üz-üzə qoymaq cəhdi kimi  qiymətləndirilib.

         Toplantıda qərara alınıb ki, Müasir Müsavat Partiyası  süni şəkildə yaradılan  və qərbi azərbaycanlıların adından istifadə edərək seçkini pozmağa çalışan  bütün  qüvvələrə  öz yerini göstərmək üçün müxtəlif  təzyiq formalarından istifadə etsin.  Bunun üçün üç nəfərdən ibarət xüsusi  komissiya da yaradılıb.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR