Modern.az

Azərbaycan qazının Avropaya nəqlinə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan qazının Avropaya nəqlinə dair Anlaşma Memorandumu imzalanıb

18 İyun 2010, 10:03

Ankarada Türkiyənin “BOTAŞ”, İtaliyanın “Edison” və Yunanıstanın “DEPA” şirkətləri Azərbaycan qazını Avropaya nəql edəcək Türkiyə-Yunanıstan-İtaliya təbii qaz kəmərinə dair Anlaşma Memorandumu imzalayıblar.  Modern.az türk mətbuatına istinadən xəbər verir ki,

mərasimdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, “BOTAŞ” şirkətinin icraçı direktoru Fazıl Şenel, İtaliyanın “Edison” şirkətinin vitse-prezidenti Roberto Poti və Yunanıstan Dövlət Qaz Şirkətinin icraçı direktoru Herri Saçinis iştirak ediblər. T.Yıldız imzalanma mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirib ki, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Türkiyə-Yunanıstan kəməri üçün ara boru xətti sayılan Türkiyə-Yunanıstan-İtaliya kəməri Avropa İttifaqının ən mühüm enerji layihələrindən biridir. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan bu xəttin uzunluğu 804 kilometrdir. Boru kəməri Azərbaycandan başlayaraq İtaliyayadək uzanacaq və ildə 10 milyard kubmetr təbii qazı Yunanıstana və İtaliyaya çatdıracaq.

Bu layihəyə qoşulan son ölkə Bolqarıstandır. Serbiya və Rumıniya da boru kəməri layihəsinə qoşulmaq istədiklərini bəyan ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR