Modern.az

Azərbaycanda şagirdlərin avtobusla daşınmasına 4 milyon manat ayrıldı

Azərbaycanda şagirdlərin avtobusla daşınmasına 4 milyon manat ayrıldı

Təhsil

18 Fevral 2026, 13:00

Elm və Təhsil Nazirliyi bir neçə şirkətlə müqavilələr bağlayıb.

Modern.az xəbər verir ki, nazirliklə şirkətlər arasında müqavilələr şagirdlərin məktəblərarası daşınması üçün imzalanıb.

Belə ki, Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin əhatə etdiyi inzibati ərazi daxilində şagirdlərin məktəblərarası daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.

Məlumata görə, nazirlik daşınma ilə bağlı "Baku Rent Service" şirkəti 1,1 milyon manat, "Fast Vay" şirkəti ilə 800 min manat və Logistics and Transport Services şirkəti ilə isə 1,9 milyon manat dəyərində müqavilə bağlayıb. (İqtisadiyyat.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR