Modern.az

Kollecə yeni direktor təyin olundu - FOTO

Kollecə yeni direktor təyin olundu - FOTO

Təhsil

18 Fevral 2026, 14:10

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq sahəsi üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb, “Memarlıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir.

O, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim, assistent, dosent, həmçinin Türkiyənin Mehmet Akif Ersoy Universitetində dosent olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya birləşdi - ABŞ-yə hücum hazırlığı başladı