Modern.az

ABŞ müdafiə naziri: “İran Avropanı vuracaq”

ABŞ müdafiə naziri: “İran Avropanı vuracaq”

Təhsil

18 İyun 2010, 10:11

İran Avropaya raket zərbəsi endirə bilər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla Amerikanın müdafiə naziri Robert Geyts çıxış edib. Onun sözlərinə görə, İran tezliklə onlarca və hətta yüzlərlə raketi vasitəsi ilə Avropa ölkələrinə zərbə endirmək imkanı əldə edəcək. Geyts qeyd edib ki, Avropa üçün  təhlükələr təkcə İran və Şimali Koreyadan gözlənilmir. “Əgər biz İranın nüvə silahı əldə etməsinə mane ola bilməsək, 2020-ci ildə  Avropanın təhlükəsizliyinə qorxu digər dövlətlərdən gələcək”,-deyə Geyts bildirib.

  

Onun fikrincə, Avopa ölkələrində quraşdırılacaq RƏM sistemləri Rusiyadan gələn raket zərbələrini dəf etmək gücündə deyil.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR