Modern.az

UNEC Türk Dövlətlərində ən yaxşı 14-cü universitetdir!

UNEC Türk Dövlətlərində ən yaxşı 14-cü universitetdir!

Təhsil

24 Fevral 2026, 09:20

Times Higher Education (THE) Türk Dövlətləri üzrə ilk yeni reytinqini açıqlayıb.

Modern.az xəbər verir ki, Koç Universiteti region üzrə 248 ali təhsil müəssisəsi arasında 1-ci, Orta Doğu Texniki Universiteti 2-ci və Sabancı Universiteti 3-cü yeri tutub. Qazaxıstanın Nazarbayev Universiteti 4-cü, Özbəkistanın Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu isə 7-ci olmaqla ilk onluqda qərarlaşıblar. UNEC isə Azərbaycanda 1-ci, ümumi reytinqdə 14-cü olmaqla ilk 15-likdə yer alıb.

Ümumilikdə, 109 universitetlə reytinqdə ən çox təmsil olunan ölkə Türkiyədir. Reytinq Türk Dövlətləri Təşkilatının 5 üzv dövlətini – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı əhatə edən THE Dünya Universitetləri Reytinqi 2026-nın filtr edilmiş versiyasıdır. Qiymətləndirmə universitetlərin əsas missiyaları üzrə 17 çəkili indikator əsasında aparılıb.

1502159

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı