Modern.az

Pirəkəşkül məktəblisi nüfuzlu universitetə QƏBUL OLUNDU

Pirəkəşkül məktəblisi nüfuzlu universitetə QƏBUL OLUNDU

Təhsil

24 Fevral 2026, 09:50

Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə qəbul olunub. Qəbul məktubuna əsasən, Nilufər güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilərək universitetin beynəlxalq tələbə kollektivi sırasına daxil edilib.

Modern.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin məlumatında bildirilib.

Nilufər Şükürova qəbul zamanı 82 min ABŞ dolları məbləğində dövlət tərəfindən maliyyələşdirilən təqaüd qazanıb və bu universitetə qəbul olan ilk azərbaycanlı şagird kimi də fərqlənir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı