Modern.az

Milli Ordunun əsgəri özünü niyə öldürüb?

Milli Ordunun əsgəri özünü niyə öldürüb?

18 İyun 2010, 17:47

İyunun 14-də Qusar rayonunda yerləşən hərbi hissənin əsgəri Cabir Novruzov qarovulda olarkən öz xidməti silahı ilə açdığı atəşdən dünyasını dəyişib. Modern.az-ın məlumatına görə, bu barədə "MilAz" İA-ya hərbi mənbələrdən xəbər verilib.

Məlumata görə, 1991-ci il təvəllüdlü C.Novruzov 2009-cu ilin oktyabrında hərbi xidmətə çağırılıb.

 

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev "MilAz" İA-ya açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, hadisə C.Novruzovun silahla ehtiyatsız davranması nəticəsində baş verib. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR