Modern.az

Dünya çempionatı: Almaniya Serbiyaya uduzdu

Dünya çempionatı: Almaniya Serbiyaya uduzdu

18 İyun 2010, 18:43

Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında növbəti oyunlar keçirilir.
Modern.az xəbər verir ki. saat 16.30-da başlayan günün ilk oyununda D qrupunda mübarizə aparan Almaniya və Serbiya ikinci tur çərçivəsində öz aralarındakı münasibətlərə aydınlıq gətirib.
Gözlənilənlərin əksinə olaraq çempionatın favoritlərindən sayılan almanlar serblərə uduzub - 0:1.

16:30. Almaniya – Serbiya - 0:1

Almaniyanın oyunçusu Podolski 63-cü dəqiqədə penaltidən yararlana bilmədi.
QOL:
Yovanoviç, 38 (0:1).
QIRMIZI VƏRƏQƏ: Kloze, 37 (ikinci sarı vərəqə)
Nelson Mandela Bay. Port Elizabet stadionu
Baş hakim: Alberto Undiano (İspaniya)
ALMANİYA: Noyer, Fridrix, Xedira, Şvanştayger, Özil (Kakau, 69), Podolski, Kloze, Müller (Marin, 69), Badştuber (Qomes, 77), Lam (k), Mertezaker.
SERBİYA: Stoykoviç, Kolarov, Vidiç, İvanoviç, Stankoviç (k), Yovanoviç (Lazoviç, 78), Jiqiç, Kraşiç, Ninkoviç (Kaçar, 69), Subotiç, Kuzmanoviç (Petroviç, 75).

1. Almaniya     2          1          0          1          4-1       3
2. Qana           1          1          0          0          1-0       3
3. Serbiya        2          1          0          1          1-1       3
4. Avtraliya      1          0          0          1          0-4       0


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR