Modern.az

Polis "Azadlıq" blokunun aksiyasını dağıdıb

Polis "Azadlıq" blokunun aksiyasını dağıdıb

19 İyun 2010, 17:02

Bu gün saat 15:00-da “Azadlıq” bloku Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşma və azad seçki tələbilə icazəsiz aksiya keçirməli idi. Ancaq həmin ərazi əvvəlcədən polis tərəfindən nəzarətə götürüldüyü üçün mitinq təşkilatçıları aksiyanın başlama yerini dəyişiblər. Qeyd olunan vaxtda 50-yə yaxın aksiya iştirakçısı müxtəlif şüarlar səsləndirərək Nizaminin heykəli önündən, Sabir bağından Bakı şəhər İcra Hakimiyyətinin qarşısına doğru irəliləyib. AXCP üzvləri «Azadlıq!», «İstefa!», «Azad seçki!» tələbləri ilə qısamüddətli yürüş keçiriblər. Çünki polis aksiyanın davab etməsinin qarşısını alıb. Aksiyada 60-dan çox etirazçının saxlanıldığı bildirilir. Saxlanılanlar arasında AXCP sədrinin müavinləri Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı da var. Məlumatlara görə, polis Bakı şəhər İcra Hakimiyyətinin binasına yaxınlaşmaq istəyən aksiya iştirakçılarını avtobuslara yığaraq şəhərdən kənara çıxarıb və orada buraxıb. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR