Modern.az

Püşkarma: bu gün Azərbaycan klublarının rəqibləri məlum olacaq

Püşkarma: bu gün Azərbaycan klublarının rəqibləri məlum olacaq

21 İyun 2010, 11:08

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Modern.az
-ın məlumatına görə, Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 15:00-da atılacaq. Avropa Liqasında çıxış edəcək klublarımızın rəqibləri isə saat 16:30-da məlum olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanı "İnter" təmsil edəcək. Azərbaycan kubokunun son qalibi "Bakı", həmçinin Unibank Premyer Liqasında müvafiq olaraq 3-cü və 4-cü yerləri tutmuş "Qarabağ" və "Xəzər Lənkəran" isə UEFA Avropa Liqasında yarışacaq. Ölkə kubokunun qalibi “Bakı” birbaşa bu turnirin ikinci mərhələsindən mübarizəyə qoşulacaq. 

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR