İsti havadan bezib sərinlənmək həvəsi ilə çimərliklərə üz tutanların bəziləri Xəzərsahili istirahət zonalarında təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə, suda boğulmaq təhlükəsilə üzləşir.
İyunun 21-də günün müxtəlif saatlarında dənizdə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş 8 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Məlumatı nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Modern.az