Azərbaycan Respublikası ilə Çexiyanın “”Eksport” Bankı arasında Çərçivə Kredit Müqaviləsi imzalanıb.
Modern.az xəbər verir ki, iyunun 21-də Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə Çexiyanın “”Eksport” Bankı (“Çeşka Exportni Banka A.S”) arasında “Azərbaycan dəmir yollarının yenidən qurulması” layihəsinin maliyyələşdirilməsinə dair Çərçivə Kredit Müqaviləsinin imzalanma mərasimi keçirilib.
215 milyon Avro dəyərindəki layihə 3 il müddətinə həyata keçiriləcək. Kredit 8 il müddətinə verilir. Qeyd edək ki, alınacaq vəsaitlə yol təsərrüfatının daha da inkişaf etdirilməsi, Bakı-Böyük-Kəsik marşrutu üzrə 317 kilometr yolun əsaslı təmir olunması nəzərdə tutulur.
Məlumat üçün deyək ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Çərçivə Kredit Müqaviləsini Azərbaycan tərəfdən Nəqliyyat naziri Ziya Məmmədov, Zəmanət sazişini isə maliyyə naziri Samir Şərifov imzalayıb. Çex İxrac Bankı adından sənədə Direktorlar Şurasının sədri cənab Lubomir Pokorny imza atıb.
Modern.az