Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1982-ci il təvəllüdlü Aynurə Qiyas qızı Quliyeva hamam otağında hərəkətsiz və bir azyaşlı uşaq gərgin psixoloji vəziyyətdə aşkarlanıb. İlkin müayinə zamanı A.Quliyevanın elektrik cərəyanının vurması nəticəsində vəfat etdiyi müəyyən olunub. Cəsəd və azyaşlı uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Məlumatı
Fövqəladə Hallar Nazirliyi yayıb.Modern.az