Canlı Sistemlərin Tədqiqi İnstitutuna yeni direktor müavini təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor müavini vəzifəsinə gətirilib.
Martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova yeni direktor müavinini müəssisənin kollektivinə təqdim edib.
Qeyd edək ki, İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur. O, əvvəllər Xəzər Universitetinin rektoru olub.
2025-ci il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.
Son təyinatınadək Xəzər Universitetinin Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru postunda çalışıb.
