Modern.az

6 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb

6 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb

23 İyun 2010, 17:15

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov və qrupun üzvü Absələddin Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) MST-də, həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrində araşdırma aparıblar.
Modern.az xəbər verir ki. Ombudsman aparatının mətbuat xidmətindən bildirilib ki, qrupun üzvləri Sumqayıt ŞPİ-nin MST-də saxlanılanlarla görüşərək söhbət aparmış, saxlanma şəraiti, vəkillə təmin olunmaları, göstərilən tibbi xidmətlə maraqlanmış, onlara hüquqlarını izah ediblər.
Həmin şəxslər MST-də saxlanıldıqları müddət ərzində onlara qarşı hər hansı qanunazidd hərəkətlərə, zorakılığa yol verilmədiyini söyləyiblər.
Eyni zamanda bu MST-də söhbət aparılmış iki şəxs ilkin tutularkən həmin idarənin 4-cü polis bölməsində vaxtından çox saxlanılmaqla hüquqlarının pozulduğunu söyləyiblər.
MST-də saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Adı çəkilən polis bölmələrində saxlanılan şəxs olmasa da, 2-ci polis bölməsinə gətirilənlərin qeydiyyatı kitabında bəzi pozuntular aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı məntəqə tipli cəzaçəkmə və 5 saylı xüsusi müəssisələrində də preventiv araşdırma aparılıb.
6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılanların şəraiti ilə bağlı çatışmazlıqlar aşkar edilib. Belə ki, burada saxlanma şəraiti mövcud standartlara cavab vermir, eyni zamanda otaqların ciddi təmirə ehtiyacı var. Qeyd edilməlidir ki, MPM qrupu həmin müəssisəyə 2009-cu ilin oktyabr ayında başçəkmə həyata keçirmiş, müəssisə rəhbərliyinə müəyyən tövsiyələr vermiş, lakin bu tövsiyələrin saxlanma şəraiti ilə bağlı əsas hissəsi üzrə   tədbirlər həyata keçirilməmişdir.
Qeyd olunan məsələlərlə bağlı müvafiq qaydada Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət ediləcək.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə