Fövqəladə Hallar Nazirliyinin dalğıcları dənizdə batmış 1993-cü il təvəllüdlü Ramiz Çingiz oğlu Xəlilovun və 1987-ci il təvəllüdlü Rafiq Yaqub oğlu İsayevin axtarışlarını başa çatdırıb. Nazirliyin dalğıc-xilasediciləri qeyd olunan şəxslərin cəsədlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mingəçevir su anbarının nəzarət olunmayan hissəsində çimərkən batan 1988-ci il təvəllüdlü Yaşar Vasif oğlu Nəbiyevin cəsədi də dünən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Dünən günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Modern.az