Odessa Milli Texnologiya Universitetinin professoru dərsləri rus dilində apardığı üçün işdən çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat Ukraynanın dil üzrə ombudsmanı Yelena İvanovskanın rəsmi saytında dərc edilib.
Bildirilib ki, müəllim dərsləri rus dilində keçdiyinə və imtahan biletlərini də bu dildə hazırladığına görə tələbələrdən biri tərəfindən şikayət olunub. Aparılan yoxlama nəticəsində onun barəsində dil qanunvericiliyinin pozulması ilə bağlı protokol tərtib edilib. Mövcud qaydalara əsasən, tədris prosesi yalnız ukrayna dilində aparılmalıdır və bu tələbin pozulması səbəbindən professor işdən azad olunub.
Qeyd edək ki, Ukraynada 2014-cü ildən etibarən dövlət dili siyasəti daha sərt şəkildə tətbiq olunur. 2019-cu ildə qəbul edilən “Dövlət dilinin – ukrayna dilinin fəaliyyətinin təmin edilməsi haqqında” qanun ölkədə rus dili və digər azlıq dillərinin istifadəsini xeyli məhdudlaşdırıb.