Modern.az

İsrail SEPAH-ın təcrübəli zabitini məhv etdi

İsrail SEPAH-ın təcrübəli zabitini məhv etdi

Dünya

Bu gün, 11:02

İsrail ordusu (İDF) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin mühəndislik şöbəsinin rəisi Mehdi Vəfainin öldürüldüyünü elan edib.

Modern.az xəbər verir ki, İDF-nin məlumatına görə, Vəfai dünən İranda İsrailin hava hücumu nəticəsində zərərsizləşdirilib.

İDF-in açıqlamasında deyilir: "Korpusun mühəndislik bölməsinin rəhbəri olduğu 20 il ərzində Vəfai Livan və Suriya boyunca yeraltı layihələri təşviq edib".

"Vəfai Suriyada “Hizbullah” və Bəşər Əsəd rejimi üçün yeraltı infrastrukturun yaradılması səylərinə rəhbərlik edib və Livanda qabaqcıl silahların saxlanması üçün istifadə edilən onlarla yeraltı obyekti idarə edib", - deyə İDF bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!