Modern.az

Universitetlər təqaüdləri niyə gecikdirir? - AÇIQLAMA

Universitetlər təqaüdləri niyə gecikdirir? - AÇIQLAMA

Təhsil

Bu gün, 17:17

Bir sıra ali təhsil müəssisələrində fevral və mart ayları üzrə tələbə təqaüdlərinin gecikməsi ilə bağlı məlumatlar yayılıb. 

Modern.az yayılan iddialara aydınlıq gətirmək məqsədilə ali təhsil müəssisələrinə sorğu ünvanlayıb. 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, tələbələr üçün nəzərdə tutulan fevral və mart ayları üzrə təqaüdlər artıq ödənilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təqaüdlər hər ayın sonunda ödənilir.

"Fevral ayı üçün təqaüdlərə gəldikdə, bu ay semestrin başa çatdığı vaxtdır. Semestrin yekunlaşmasından sonra tələbələrin imtahan nəticələri nəzərə alınaraq təqaüdləri müəyyən edilir. Nəzərə alaq ki, ADNSU-da təxminən 20 min tələbə təhsil alır və bu proses müəyyən vaxt tələb edir. Bu səbəbdən fevral ayının təqaüdləri mart ayında -Novruz bayramından əvvəl ödənilib. Mart ayının təqaüdlərinə gəldikdə isə, mart ayı dünən başa çatıb, çox keçmədən - bu gün, sabah mart ayı üçün bütün tələbələrin təqaüdləri tam şəkildə hesablarına köçürüləcək", - deyə məlumatda vurğulanıb.

Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, bakalavrların fevral təqaüdü bayramdan öncə köçürülüb.

"Mart təqaüdünün bu həftə ərzində köçürülməsi nəzərdə tutulur. Magistrantların fevral təqaüdünün bu gün ərzində köçürülməsi nəzərdə tutulur. Mart təqaüdünün isə cari həftə ərzində köçürülməsi planlaşdırılır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!