UNEC-də start verilən “Elm Günləri”ndə rektor, professor Ədalət Muradov universitetlərarası elmi əməkdaşlığın gücləndirilməsi və Qarabağ Universitetinə dəstək məqsədilə iki mühüm təşəbbüs irəli sürüb.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin son 200 ildən artıq bir dövrdə Türk Dünyası tarixində ilkə imza atdığını, torpaqlarımızı işğaldan azad etdiyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini deyən rektor, Qarabağ Universitetini Prezident İlham Əliyevin azad Qarabağda ucaltdığı möhtəşəm abidələrdən biri adlandırıb.
O, Qarabağ Universitetinə dəstəyin nümayişi kimi şəxsi kitabxanasından 500 yeni kitabı həmin universitetə hədiyyə etdiyini bildirib. Həmkarlarını, alimləri, bütün elmi ictimaiyyəti bu təşəbbüsə qoşulmağa dəvət edib.
Bundan əlavə, rektor UNEC-n 5 milyon elektron resursa malik olan E-kitabxanasının da Qarabağ Universitetinin tələbə və müəllimləri üçün istifadəyə açıq elan olduğunu diqqətə çatdrıb.
