Modern.az

Jurnalistə universitetdə vəzifə verildi

Jurnalistə universitetdə vəzifə verildi

Təhsil

Bu gün, 10:13

Mingəçevir Dövlət Universitetində (MDU)  yeni kadr təyinatı olub. 

Modern.az xəbər verir ki, universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə jurnalist Firuzə Cəlilova təyin olunub.

Firuzə Cəlilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2008-2013-cü illərdə Təhsil Problemləri İnstitutunun Məktəbəqədər təhsil bölməsində pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alıb. Bu müddətdə “Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Xatırladaq ki, bundan öncə MDU-da İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsini Qurban Qurbanzadə icra edirdi.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı