Modern.az

Bu gün DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı keçirilib

Bu gün DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı keçirilib

Təhsil

Bu gün, 13:45

Bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, imtahanın keçirilməsi üçün 5 bina ayrılıb.

İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

 

***

09:49

 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.

Modern.az DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 1 292 şagird qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn şagirdlər imtahana buraxılmayacaqlar.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gәtirmәlidirlər:

- Şəxsiyyət vəsiqəsi (vəsiqədə şəkli olmayan şagirdlər oxuduqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

- İmtahana buraxılış vərəqəsi.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmır.

Test imtahanı aşağıda qeyd edilən fənlər üzrə Azərbaycan dilində aparılır:

- Azərbaycan dili;

- Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı