Modern.az

Prezident Almaniyanın səfirini qəbul edib

Prezident Almaniyanın səfirini qəbul edib

28 İyun 2010, 14:39

İyunun 28-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdəki səfiri Per Stançinanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

  Səfir Per Stançina Azərbaycanda fəaliyyəti dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük inkişafın əldə olunduğunu vurğulayıb. O, həmçinin bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin diqqətinin artdığını da qeyd edib.

Dövlət başçısı son illər ərzində ölkəmizin Almaniya ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, yüksək səviyyədə səmərəli görüşlərin keçirildiyini və güclü tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrimizin bütün sahələrdə genişləndiyini vurğulayıb. Prezident əmin olduğunu bildirib ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da möhkəmlənəcək.

 

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə