st1:*{behavior:url(#ieooui) }
Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Torontoda keçirilmiş G-20 liderlərinin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Dmitri Medvedevlə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdiyini bildirib. Torontoda keçirdiyi görüşlərin yekununa dair düzənlənən mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Dmitri Medvedevin dəvəti ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşdüyünü xatırladıb. O, deyib ki, Rusiya prezidenti bu görüşü ümidləri bir az da artıran müsbət bir müzakirə kimi dəyərləndirib: “Türkiyə də bu ümidlərin tezliklə konkret bir nəticə ilə yekunlaşacağına və münaqişənin həllinə nail olunacağına inanır”. Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəyanatını da müsbət qiymətləndirib, bu səylərin münaqişənin nizama salınmasını sürətləndirəcəyini vurğulayıb.