Modern.az saytı Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah vitse-spiker Bahar Muradova Milli Məclisin işinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək. Mətbuat konfransında Milli Məclisin mətbuat katibi, komitə rəhbərləri də iştirak edəcəklər.
Xatırladaq ki, bu, III çağırış Milli Məclisin yekunuyla bağlı son hesabat xarakterli mətbuat konfransıdır.
Modern.az