Modern.az

Belarus 200 milyon dollar borcu Azərbaycana qaytarıb

Belarus 200 milyon dollar borcu Azərbaycana qaytarıb

1 İyul 2010, 17:01

Belarus 12 gün bundan qabaq Rusiyanın “Qazprom” şirkətinə olan borcunu ödəmək üçün Azərbaycandan aldığı 200 milyon dollarlıq vəsaiti geri qaytarıb. Bu barədə “İnterfaks-Zapad” agentliyi Belarusun maliyyə qurumlarındakı mənbəyə istinadən məlumat verib.

“Bu gün səhər Azərbaycandan borc kimi 12 günlüyə alınan bütün məbləğ ödənilib”, deyə mənbə bildirib.
Onun sözlərinə görə, alınan vəsaitin qaytarılması üçün son müddət iyulun 5-i olub. Lakin “qəfil qərar verilib ki, bu gün haqqında danışılan borcla üzülüşülsün”.

Xatırladaq ki, ötən həftənin cümə günü Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, ölkəsinin “Qazprom”a olan borcunu ödəmək üçün Azərbaycandan 200 milyon dollar borc alıb. Həmin vəsait hesabına Belarus Rusiyaya olan borcunu ödəyib. Sonrakı müddətdə isə Rusiya da Belarusa Avropaya qaz tranzitinə görə olan borcunu verib. Və nəticədə növbəti “qaz müharibəsi”nin böyüməsinin qarşısı alınıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə