Hesablama Palatasının Kollegiya iclası keçirilib. Modern.az Hesablama Palatasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda dövlət büdcəsinin Şəki şəhəri üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitinin proqnozlaşdırılması və icrasının auditi üzrə Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinə dövlət büdcəsinin yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditinə dair hesabat və rəy müzakirə olunaraq təsdiq edilib. Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində aparılmış nəzarət tədbiri nəticəsində bir sıra ciddi maliyyə pozuntularına və çatışmazlıqlara yol verildiyindən auditin nəticələri üzrə materiallar Kollegiyanın qərarına uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, eyni zamanda, bu barədə Azərbaycan Respublikası Milli Məclisinə və müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilməsi qərara alınıb. Modern.az