İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyevə, Baş Kadrlar İdarəsinin rəisi, İsmət Əliyevə və Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini Həsən Şirinova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Prezident İlham Əliyev həmçinin ictimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisi günü münasibətilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamla 9 nəfər “Vətən uğrunda”, 14 nəfər isə “İgidliyə görə” medalı ilə təltif olunub.