st1:*{behavior:url(#ieooui) }
ABŞ-ın dövlət katibi Hillari Klintonun təyyarəsi bir neçə dəqiqə əvvəl Tiflis beynəlxalq hava limanına enib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, ABŞ xarici siyasət idarəsinin başçısı Azərbaycan və Ermənistan müxalifətindən fərqli olaraq gürcü müxalifət liderləri ilə görüşə razılıq verib. Klintonu Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze qarşılayıb. Dövlət katibinin hazırda Gürcıstanın siyasətçi-qadın liderləri ilə görüşünə hazırlıq görülür. Bir qədər sonra prezident Mixail Saakaşvili ilə danışıqlar başlayacaq. Bundan əlavə, Klinton Gürcüstanın müxalifət liderləri ilə görüşmək niyyətində olduğunu bildirib.
Klintonun müxalifət liderlərindən Gürcüstanın BMT-dəki sabiq daimi nümayəndəsi İrakli Alasaniya və parlamentdə təmsil olunan müxalifət fraksiyasının rəhbəri Giorgi Tarqamadze ilə görüşü nəzərdə tutulub.
Alasaniya Klintonla görüş zamanı ona dalbadal 2 dəfədən artıq prezident seçilmiş şəxsin (Saakaşvli) baş nazir postuna gətirilməsinin yolverliməzliyini bildirəcək. Məlumatlara görə, Saakaşvili belə bir variantı istisna etmədiyini deyib.