Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. (AzərTAc). Qəbulda həmsədrlər Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırki vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.